Bank Of Baku

Bakıda və Xırdalanda baş verən yol qəzalarında 4 nəfər ölüb

Bakıda və Xırdalanda baş verən yol qəzalarında 4 nəfər ölüb
# 03 sentyabr 2008 12:46 (UTC +04:00)
Bakı-APA. Sentyabrın 2-də saat 23.20 radələrində Səbayel rayonunun Badamdar qəsəbəsi ərazisində, Bakı şəhər sakini Ramin Aslanovun idarə etdiyi "VAZ-21015" markalı və Mahir Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə R. Aslanov və sərnişini Astara rayon sakini Aytac İsmayılova, M. Məmmədovun sərnişini Tural Qurbanov hadisə yerində ölüblər. Sentyabrın 3-də saat 06.50 radələrində isə Xırdalan şəhəri ərazisində, Bakı şəhər sakini Zaur Quliyevin idarə etdiyi "VAZ-2109" markalı və Xırdalan şəhər sakini Elşən Qədirovun idarə etdiyi "ZİL-MMZ" markalı avtomaşınlar toqquşub. Nəticədə Z. Quliyevin sərnişini Zahidə Quliyeva hadisə yerində ölüb. Xəsarət alan Z. Quliyev isə xəstəxanaya yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR