“Əbu Bəkr” məscidində baş verən partlayışla əlaqədar 11 nəfər həbs olunub
Həmçinin avqustun 22-də 2 nəfərin ölməsi və 3 nəfərin xəsarət alması ilə nəticələnən “Bakı Elektrik Şəbəkə” ASC-nin Xətai rayonundakı transformator məntəqəsində törədilən partlayışla əlaqədar şübhəli şəxs qismində Bakı şəhər sakinləri Çingiz Amaxanov və Səməd Fəxri tutulub. Axtarış zamanı Ç. Amaxanovun mənzilində narkotik vasitə olan 83 q tiryək, S. Fəxrinin mənzilində isə 1 ədəd “Makarov” tipli tapança aşkar edilib. İstintaq zamanı qeyd olunan şəxslərin cinayətdə iştirakı təsdiqlənməsə də, qanunsuz odlu silah və narkotik vasitə saxlanması faktlarına görə barələrində cinayət işi başlanılıb və istintaq aparılır.
Bununla yanaşı 2007-ci ildə Qusar rayonunda polis əməkdaşı qətlə yetirdiyinə görə axtarılan həmin rayonun sakini Telman Abdullayev, həmçinin Rusiyanın Şimali Qafqaz regionunda o cümlədən Dağıstan və Çeçenistan respublikalarında törədilmiş terror aktlarında təqsirləndirilərək axtarışa elan edilmiş Zaqatala rayon sakini İlqar Mollaçiyevin Qusar rayonu ərazisində meşə massivində gizlənmələri ilə əlaqədar polis əməkdaşlarının və Daxili Qoşun hərbi qulluqçularının iştirakı xüsusi əməliyyat həyata keçirilib. Avqustun 19-da meşə massivində daranma əməliyyatı aparan polis əməkdaşları və hərbi qulluqçularla cinayətkar qrup arasında silahlı toqquşma baş verib və Daxili Qoşunların çavuşu Əli Yolçuyev həlak olub. Əməliyyatın sutkanın qaranlıq vaxtına düşməsi və meşə massivində keçirilməsi cinayətkar qrupu yaxalamağa imkan verməsə də qeyd olunan ərazilərdə və ertəsi gün xüsusi tədbirlər davam etdirilib. Cinayətkarların qaçarkən hadisə yerində qoyub getdikləri 14 ədəd radiostansiya, 2 ədəd əl qumbarası, 2 ədəd mobil telefon, dəstə üzvlərindən birinə məxsus ümumvətəndaşlıq pasportu, şəxsiyyət vəsiqəsi və s. aşkar edilərək götürülüb.
Avqustun 30-da davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun meşə massivində şübhəli şəxs qismində 2 xarici ölkə vətəndaşı saxlanılıb. Müəyyən edilib ki, Rusiya, Gürcüstan və Azərbaycan dövlət sərhədlərini dəfələrlə qanunsuz olaraq keçmiş həmin şəxslər Şimali Qafqazdakı terrorçu qruplaşmalarla yaxın əlaqələrə malikdirlər. Hazırda onların ətrafında prossesual araşdırmalar aparılır. Məlumatda qeyd olunub ki, həm Bakı şəhərində, həm də Azərbaycanın şimal bölgələrində terror-təxribat cinayətlərinə, radikal dini cərəyanlara meylli şəxslərin müəyyən edilərək ətraflarında əməliyyat-profilaktiki tədbirlərin aparılması ciddi nəzarətdə saxlanılır. “Son aylar ayrı-ayrı vətəndaşlara bihuşedici dərmanlar verməklə onlara məxsus mənzillərin talanması faktları ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsi və Nizami rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayətləri törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər dörd dəfə məhkum olunan Rafiq Xəlilov yaxalanıb. İstintaq zamanı müəyyən edilib ki, o, bu ilin fevral ayından başlayaraq Siyəzən, Xaçmaz, Bakı, sakinlərinin mənzillərindən onlara bihuşedici dərmanlar verməklə külli miqdarda pul, qızıl-zinət və geyim əşyaları oğurlayıb.
DİN-in mətbuat xidmətindən bildirib ki, asayişin mühafizəsi, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunması istiqamətində nazirlik və onun yerli orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hadisə
Kürdəmirdə iki maşın aşıb, xəsarət alanlar var
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - FOTO
Binəqədidə evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb
Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmə zalında həbs olunub
Xəbər Lenti
Rusiyaya aid freqat La-Manş boğazında Britaniya yaxtasına xəbərdarlıq atəşi açıb
Ağ Ev Trampın Heqseti işdən çıxarmağı düşündüyü barədə şayiələri təkzib edib
UEFA Konfrans Liqası: “Zirə” Gürcüstan komandası ilə qarşılaşacaq
UEFA Avropa Liqası: “Qarabağ”ın rəqibi müəyyənləşib
Xmelnitskidə Ukrayna ordusuna aid hərbi təyyarə qəzaya uğrayıb
İspaniya süni intellekt layihəsinə 719 milyon avroluq investisiyanı təsdiqləyib
İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3826 nəfərə çatıb
Kürdəmirdə iki maşın aşıb, xəsarət alanlar var
Fəaliyyətində nöqsan aşkarlanan məktəb direktoru işdən çıxarıldığını əsassız hesab edib, məhkəmə iddiasını təmin etməyib
Yuri Uşakov: Rusiya ABŞ-da Zelenski ilə görüş təşkil etmək üçün heç bir təklif almayıb
NATO Türkiyənin daha bir şəhərində hava hücumundan müdafiə sistemi quraşdıracaq
Putin Kazanda Hakan Fidanla görüşəcək
Azərbaycanla Türk İnvestisiya Fondu arasında əməkdaşlıq müzakirə olunub
Prokurorluq Koçaryanın toxunulmazlığının ləğvi üçün MSK-ya müraciət edib
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi keçirilir - FOTO
Çempionlar Liqası: "Sabah"ın rəqibi bəlli olub - YENİLƏNİB
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - FOTO
Binəqədidə evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb
“AzerGold” Özbəkistanda qızıl yatağını birgə işləyəcək
Rusiya və Türkiyə Qara dənizdə təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edəcək
FHN-in əməkdaşı Avropa çempionatında bürünc medal qazanıb
Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edib
Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib
MM-in komissiyası: Fransa mətbuatında Azərbaycanın mənfi imicinin yaradılması davamlı xarakter daşıyır
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirib - FOTO
Nazir: Britaniya ilə Azərbaycan ikitərəfli ticarət və investisiyaları artıracaq
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Xankəndi sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib
Məhkəmə Ekspertizası Mərkəzi ilə AzTU arasında memorandum imzalanıb
Tramp: İranın nüvə materialını ələ keçirdikdən sonra məhv edəcəyik
ABŞ Rusiya neftinə qarşı sanksiyaları bərpa edəcək
SOCAR-ın vitse-prezidenti: Yeni enerji tələbatı bizi qazdan elektrik istehsalı sahəsinə yönəldib
Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanı keçirilib
Tramp: İranla əlaqələr normallaşıb, Hörmüz boğazı açıq qalacaq
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Zelenski Moskvaya Putinlə görüşə getməkdən imtina edib: Biz oyun oynamırıq
Qubada yolda asfalt örtüyünün çökməsi ilə bağlı tədbirlər görülür- FOTO - YENİLƏNİB
IsDB-nin İllik Toplantıları çərçivəsində Qlobal İslam İqtisadçıları Proqramına start verilib
Xırdalanda 3296 metrlik yeni kanalizasiya kollektoru inşa edilir
Bəzi rayonlara yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşüb
Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub
Bakıda İİB Qrupunun İllik Toplantıları çərçivəsində İnvestisiya Perspektivləri Forumu keçirilir
FHN Muğan regionunda taktiki-xüsusi təlim keçirib - VİDEO
Cəlal Qasımov: Əmlak sektoru yalnız tikinti deyil, “həyat tərzi” konsepsiyası üzərində qurulmalıdır
Xalid Xalafalla: Halal iqtisadiyyatı investisiya, ticarət və davamlı inkişaf üçün böyük imkan yaradır
Anar Kərimov: Halal iqtisadiyyatı regional inteqrasiyanın güclü hərəkətverici qüvvəsinə çevrilə bilər