Bank Of Baku

Azərbaycan Hava Yolları Dövlət Konserninin sabiq əməkdaşlarının kassasiya şikayəti təmin olunmayıb

Azərbaycan Hava Yolları Dövlət Konserninin sabiq əməkdaşlarının kassasiya şikayəti təmin olunmayıb
# 04 sentyabr 2008 08:17 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə Azərbaycan Hava Yolları Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi İdarəsinin sabiq rəisi Emil Süleymanov və digər 4 nəfərin Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından verdikləri kassasiya şikayətinə baxılıb. Məhkəmədən APA-ya verilən məlumata görə, kassasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsi cinayət işinə məhkəmə istintaqı aparılmadan baxılmasına qərar vermişdi.
Xatırladaq ki, E. Süleymanov əmlakı müsadirə olunmaqla və 3 il vəzifə tutmaqdan məhrum edilməklə 15 il, Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Rafət Əliyev 3 il, Aviasiya Təhlükəsizliyi İdarəsinin Operativ İdarəetmə Xidmətinin sabiq rəisi Tamerlan Mikayılov və xidmətin sabiq mühəndis-elektronçusu Tahir Əsədzadə 2 il 6 ay, idarənin sabiq mühəndis-proqramçısı Faiq Quliyev isə 2 müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər bir sıra ağır cinayətlərdə, o cümlədən qanunsuz silah gəzdirməkdə, dövlətə xəyanətdə, ittiham olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR