Bank Of Baku

Azərbaycanlı gənclər IV Dünya Gənclər Konqresində iştirak edib

Azərbaycanlı gənclər  IV Dünya Gənclər Konqresində iştirak edib
# 05 sentyabr 2008 22:00 (UTC +04:00)
Bakı-APA. Kanadanın Kvebek şəhərində IV Dünya Gənclər Konqresi keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konqresdə 100-dən çox ölkədən 500-ə yaxın iştirakçısı arasında Azərbaycan nümayəndələri də olub. Azərbaycanlı gənclər tədbir iştirakçılarına Azərbaycan mətbəxinin müxtəlif nümunələrini təqdim edib, ölkənin adət-ənənələrini, iqtisadi inkişafını özündə əks etdirən 10 dəqiqəlik proqram təqdim ediblər. Gənclər 24-27 sentyabr tarixlərində Bakıda keçiriləcək Gənclərin Məşğulluq Sammiti haqqında da iştirakçılara məlumatlar verərək, onları tədbirə dəvət edilər. Qeyd edək ki, növbəti Dünya Gənclər Konqresi 2010-cu ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR