Bank Of Baku

Məhkəmə-Hüquq Şurası 1 məhkəmə sədrini və 2 hakimi cəzalandırıb

Məhkəmə-Hüquq Şurası 1 məhkəmə sədrini və 2 hakimi cəzalandırıb
# 05 sentyabr 2008 16:41 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Şuradan APA-ya verilən məlumata görə, qurumun sədri, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda hakimlər barəsində başlanan intizam icraatlarına baxılaraq fəaliyyətlərində qanunvericiliyin tələblərini kobudcasına pozduqlarına, o cümlədən məhkəmə prosesində tərəflərin iştirakının təmin edilməməsi hallarına, insan haqlarının qorunmasında digər nöqsanlara yol verdiklərinə görə Bakı şəhərinin Səbayel rayon məhkəməsinin hakimi Famil Nəsibova, Binəqədi rayon məhkəməsinin hakimi Maarif Kazımova və Qazax rayon məhkəməsinin sədri İlham Nuriyevə töhmət verilib.
İclasda həmçinin ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində dövlət başçısının tapşırıqlarına əsasən görülən kompleks tədbirlərin müsbət nəticələri qeyd olunub, bu sahədə işlərin ardıcıl davam etdirildiyi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR