Bank Of Baku

Etimad İsmayılovun məhkəməsi başlayıb

Etimad İsmayılovun məhkəməsi başlayıb
# 06 sentyabr 2008 08:30 (UTC +04:00)
Çelyabinsk-APA. Çelyabinsk mərkəzi rayon məhkəməsində Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovun işi üzrə hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, prosesdə mətbuat nümayəndələrinin iştirakına icazə verilməyib. Etimad İsmayılovun vəkili Aleksandr Kaydin bildirib ki, prosesdə bəzi sübut və dəlillərin cinayət işindən çıxarılması və saxlanan şəxslər haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatətlərə baxılıb. Məhkəmə bu vəsatətlərlə bağlı qərarını elan etməyib.

Qeyd edək ki, E. İsmayılov “Avroasiya” Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Çelyabinsk vilayətinin qubernatorunun birinci müavini Andrey Kosilovun himayəsində olan şirkətlərdən birinin “Avroasiya”ya 1 milyon ABŞ dolları məbləğində borcu var. Arbitraj Məhkəməsi də həmin şirkətin Etimad İsmayılovun rəhbəri olduğu şirkətə borcunun olduğunu təsdiqləyən sənəd verib.

Xatırladaq ki, E. İsmayılov 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb. Martın 27-də keçirilən məhkəmə iclasında E. İsmayılova qarşı Rusiya Cinayət Məcəlləsinin 159.4 (dələduzluq) və 274/1 4-cü hissəsi (çirkli pulları yuyulması) maddələri ilə ittiham irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR