Bank Of Baku

Ermənilər müxtəlif istiqamətlərdə atəşkəsi pozublar

Ermənilər müxtəlif istiqamətlərdə atəşkəsi pozublar
# 06 sentyabr 2008 06:01 (UTC +04:00)
Bakı-APA. Azərbaycan torpaqlarının bir qismini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 5-də saat 06.35-dən 06.50-dək və 09.00-dan 09.15-dək Ermənistanın Berd və Noyanberyan rayonlarının Çinari, Voskepar kəndləri ərazisindəki mövqelərindən Azərbayvan Silahlı Qüvvələrinin Tovuz rayonun Koxa Nəbi və Qazax rayonunun Əskipara kəndləri ərazisində yerləşən mövqelərini, sentyabrın 5-də saat 21.30-dan 21.55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.55-dən 23.10-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.10-dan 23.18-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 6-da saat 00.15-dan 00.17-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 05.45-dən 05.55-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 06.00-dan 06.05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR