Bank Of Baku

Qusarda xüsusi əməliyyat keçirilib, silahlı qrup məhv edilib

Qusarda xüsusi əməliyyat keçirilib, silahlı qrup məhv edilib
# 07 sentyabr 2008 17:24 (UTC +04:00)
APA-nın şimal bürosunun xəbərinə görə, sentyabrın 6-da axşam saatlarında hüquq-mühafizə orqanları Qusar şəhərindəki Mirzə Vəliyev küçəsində xüsusi əməliyyat keçiriblər. Burada silahlı qruplaşmanın üzvlərinin gizləndiyi evi mühasirəyə alınıb. Silahlılar əməliyyatçılara atəş açıblar. Silahlılar əl qumbarasından da istifadə ediblər.

Lakin hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində evdə gizlənmiş Qusar sakinləri Telman Abdullayev, Gürşad Əlixanov və Kamil Əsədullayev zərəsizləşdiriliblər. Onlar hadisə yerində ölüblər, əməliyyatçılardan və yerli sakinlərdən zərər çəkən olmayıb.

Qeyd edək ki,Telman Abdullayev Azərbaycanın və Dağıstanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub. O, ötən il Qusar rayon Polis Şöbəsinin iki əməkdaşını yaralayaraq qaçıb. Telman Abdullayev həm də özünü Dağıstanın "əmiri" elan edən İlqar Mollaçiyevin dəstəsində bölmə komandiri olub.

Kamil Əsədullayevin də Qusar rayon Polis Şöbəsi tərəfindən axtarışda olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR