Bank Of Baku

Azərbaycan Ombudsmanı İrlandiyada keçirilən beynəlxalq konfransda iştirak edib

Azərbaycan Ombudsmanı İrlandiyada keçirilən beynəlxalq konfransda iştirak edib
# 10 sentyabr 2008 22:00 (UTC +04:00)
Bakı-APA. İrlandiyanın paytaxtı Dublin şəhərində Avropanın 34 ölkəsinin on illik təcrübəsi olan Uşaq Haqları Ombudsmanları Şəbəkəsinin XII illik konfransı keçirilib. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova beynəlxalq tədbirdə iştirak edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə İrlandiya prezidenti xanım Meri MakAliz uşaq hüquqları ilə bağlı çıxış edib. Beynəlxalq konfransın açılış mərasimində Uşaq Haqları Ombudsmanları Avropa Şəbəkəsinin sədri, Kataloniyanın Uşaq hüquqları üzrə ombudsmanı Xavier Bonal Sarro və İrlandiyanın Uşaq hüquqları ombudsmanı Emilya Loqanın təbrikləri səslənib. Azərbaycan Ombudsmanı beynəlxalq konfransda çıxış edib. O, uşaqlara, o cümlədən qız uşaqlarına qarşı zorakılığın, ağır uşaq əməyinin, uşaqların cinsi istismara məruz qalmasının, uşaq alverinin aradan qaldırılmasının, narkomaniya və SPİD qurbanları olan yeniyetmələrə diqqətin artırılmasının zəruriliyini diqqətə çatdırıb. E. Süleymanova Ermənistanın Azərbaycana qarşı təcavüzünün iyirmi ildən bəri davam etdiyini, azərbaycanlıların insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının da kütləvi şəkildə pozulduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR