Bank Of Baku

Əsgər Ələkbərov: “Azərbaycanda cinayətlərin üstünün açılma səviyyəsi 90 faizə çatıb”

Əsgər Ələkbərov: “Azərbaycanda cinayətlərin üstünün açılma səviyyəsi 90 faizə çatıb”
# 16 sentyabr 2008 08:08 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Polisin fəaliyyətinin zəiflədiyini deməzdim. Əksinə polis orqanları əvvəlkindən də yaxşı fəaliyyət göstərir. Hazırda cinayətlərin üstünün açılma səviyyəsi 90 faizə çatıb”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə daxili işlər nazirinin müavini Əsgər Ələkbərov verib. O ötən həftə Səbayel rayonu ərazisində 150 nəfər Hindistan və Pakistan vətəndaşının saxlanması barədə məlumatları da təkzib edib: “Ola bilər ki, bu miqrasiya məsələləri ilə bağlı problemdir, amma saxlananların sayı şişirdilib. Həmin şəxslərin ölkə ərazisində qalması üçün qanunla müəyyən edilmiş müddət başa çatıb və buna görə də vizaların müddətini uzatmalıdırlar. Əlbəttə ki, xarici vətəndaş ölkə ərazisində qeyri-qanuni qalırsa, o saxlanaraq Dövlət Miqrasiya Xidmətinə gətirilir. Həmin şəxs hətta ölkədən deportasiya da oluna bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR