Bank Of Baku

Liftin hissələrini oğurlayan şəxs tutulub

Liftin hissələrini oğurlayan şəxs tutulub
# 16 sentyabr 2008 08:55 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda 138 saylı Mənzil Komunal İstismar Sahəsinə məxsus binanın lifti dağıdılaraq hissələri qarət edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Rəşid Şahverdi oğlu Adıgözəlov tutulub. R. Adıgözəlov ilkin dindirilmə zamanı törətdiyi oğurluq əməlini etiraf edib. Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR