Bank Of Baku

Balakən sakininin evində narkotik maddə aşkarlanıb

Balakən sakininin evində narkotik maddə aşkarlanıb
# 16 sentyabr 2008 10:35 (UTC +04:00)
Balakən-APA. Balakən rayon sakinin evində narkotik maddə aşkarlanıb. Bu barədə APA-nın yerli bürosuna Balakən rayon Polis Şöbəsindən məlumat verilib. Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı rayonun Mahmalar kənd sakini 1976-cı il təvəllüdlü Əzizov Rüstəm Şirin oğlunun yaşadığı evdən 160 qram narkotik maddə hesab olunan qurudulmuş mariuxana aşkarlanaraq götürülüb. Faktla bağlı Polis Şöbəsində təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR