Bank Of Baku

Bakıda baş verən yol qəzasında bir nəfər ölüb

Bakıda baş verən yol qəzasında bir nəfər ölüb
# 16 sentyabr 2008 13:12 (UTC +04:00)
Bakı-APA. Dünən saat 11.25 radələrində Nərimanov rayonu ərazisində, Goranboy rayon sakini Ramin Muradov 43 nömrəli xətt üzrə işləyən "Mercedes" markalı avtobusu idarə edərkən Bakı şəhər sakini Nərgiz Əkbərlini vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, N. Əkbərli hadisə yerində ölüb. Həmin gün saat 22.00 radələrində isə Gəncə şəhəri ərazisində, müəyyən edilməmiş avtomaşınla 25-30 yaşlı kişi vurulub. Nəticədə xəsarət alan həmin şəxs xəstəxanaya yerləşdirilib. Hər iki faktla bağlı araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR