Bank Of Baku

Bakıda Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilib

Bakıda Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilib
# 16 sentyabr 2008 13:16 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Bakıda 21 sentyabr – Beynəlxalq Sülh Gününə həsr olunan dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbir Azərbaycan Ombudsman Aparatı və BMT- nin İctimai İnformasiya Departamentinin Azərbaycan nümayəndəliyinin birgə layihəsi əsasında baş tutub. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova tədbirə dini icmaların, qeyri-hökumət təşkilatlarının və beynəlxalq qurumların nümayəndələrinin qatıldığını bildirib. Ombudsman qeyd edib ki, dünya birliyi Azərbaycanda müharibədən əziyyət çəkənlərə münasibətini dəyişib: “Bu gün artıq hamı başa düşür ki, bu məsələnin kökündə əraziyə təcavüz və etnik təmizlənmə amili dayanır. Bu təcavüz yalnız Azərbaycan xalqına qarşı yox, eyni zamanda mədəniyyətimizə qarşı yönəlib”.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsinin səlahiyyətlərini icra edən Gülşən Paşayeva Beynəlxalq Sülh Gününün 1982-ci ildən keçirildiyini və bu günün dünya ölkələrində bir dəqiqəlik sükutla, BMT-nin Nyu-Yorkdakı qərargahında sülh zəngi çalınmaqla qeyd olunduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR