Bank Of Baku

Ömürlük məhbusun anası Qobustan həbsxanasının rəisini məhkəməyə verib

Ömürlük məhbusun anası Qobustan həbsxanasının rəisini məhkəməyə verib
# 16 sentyabr 2008 14:52 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Ömürlük məhbus Şakir Rzaxanovun anası Müslümat Rzaxanova Qobustan həbsxanasının rəisi Kazım Abdullayevə qarşı işgəncə faktı üzrə iddia qaldırıb. Bu barədə APA-ya M. Rzaxanova məlumat verib. Oğlunun həbsxanada 7 aydan bəri “kars”da saxlandığını, həbsxana rəisi K. Abdullayev tərəfindən dəfələrlə işgəncələrə məruz qaldığını bildirən M. Rzaxanova deyib ki, şikayət əsasında Qaradağ rayon Məhkəməsində məhkəmə prosesi keçirilib. Onun sözlərinə görə, hakim İsmayıl Xəlilovun sədrliyi ilə keçirilən prosesdə cavabdeh tərəf iştirak etməyib. Məhkəmə prosesi oktyabrın 6-na təxirə salınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında həbsxana rəisi K. Abdullayevə qarşı belə bir iddianın qaldırılması faktını təsdiqləyib. M. Sadıqov Ş. Rzaxanovun həbsxanada hüquqlarının pozulması barədə deyilənlərin əsassız olduğunu söyləyib. Şöbə rəisi həmçinin məhbus Ş. Rzaxanovun “kars”da saxlanması faktını da təkzib edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR