Bank Of Baku

Xətai rayonunda oğurluq və özbaşınalıqla məşğul olan şəxs həbs edilib

Xətai rayonunda oğurluq və özbaşınalıqla məşğul olan şəxs həbs edilib
# 16 sentyabr 2008 14:58 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakının Xətai rayonu ərazisində oğurluq və özbaşınalıqla məşğul olan şəxs həbs edilib. Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 37-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 322-ci (özbaşınalıq) maddələri ilə təqsirli bilinən Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Asif Balaca oğlu Savalanov saxlanılıb. A. Savalanov ilkin dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR