Bank Of Baku

“GEN” MMC-nin daha iki əməkdaşı həbs edilib

“GEN” MMC-nin daha iki əməkdaşı həbs edilib
# 16 sentyabr 2008 16:01 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. “GEN” MMC-nin daha iki əməkdaşı həbs edilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Saxlanılan şəxslər “GEN” MMC-nin əməkdaşları, Akif Məmmədov və Zahid Əliyevdir. BPİ-dən saxlanılan şəxslər barədə ətraflı məlumat verilməsə də, həmin şəxslərin fırıldaqçılıqda ittiham olunduğu bildirilib. Qeyd edək ki, paytaxt sakinlərini aldadaraq, onlardan külli miqdarda vəsait almaqda ittiham edilən “GEN” MMC-nin prezidenti Elbrus Əliyev bu il iyunun 11-də həbs edilib. Onun ifadəsi əsasında müavini Nəbi Məmmədov, şirkətin baş mühasibi Əliyar Abbasov və xəzinədarı Həbib Ağayev saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin şəxslər vətəndaşları aldadaraq pullarını mənimsəməkdə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR