Bank Of Baku

İdmançı narkotik maddələrin istifadəsinə görə həbs olunub

İdmançı narkotik maddələrin istifadəsinə görə həbs olunub
# 17 sentyabr 2008 07:49 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşları narkotik maddələrin istifadəsi ilə məşğul olan şəhər sakinini həbs ediblər. Bu barədə APA-nın Cənub bürosuna Polis Şöbəsinin baş müstəntiqi Rövşən Rəşidov məlumat verib. Onun sözlərinə görə, şəhər sakini, 1975 -ci il təvəllüdlü Çingiz Teyyub oğlu Nurullayev yaşadığı Heydər Əliyev prospekti, 78/12 saylı binanın qarşısında şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən 0,503 qram tiryək, 0,392 qram heroin və 4 ədəd psixotrop maddə olan “Trimadon” həbi aşkarlanaraq götürülüb.
Məlumata görə, əvvəllər idmanın ağır atletika növü ilə məşğul olan Ç. Nurullayev tez-tez dopinqdən istifadə etdiyindən sonradan narkotika aludəçisinə çevrilib. Faktla bağlı cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR