Bank Of Baku

Bakıda əxlaqsızlıq yuvası saxlamaqda təqsirli bilinən şəxs həbs edilib

Bakıda əxlaqsızlıq yuvası saxlamaqda təqsirli bilinən şəxs həbs edilib
# 17 sentyabr 2008 09:49 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda əxlaqsızlıq yuvaları saxlamaqda təqsirli bilinən şəhər sakini həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtda əxlaqsızlıq yuvaları yaradaraq pul qazanmaqla məşğul olan 1954-cü il təvəllüdlü Fazil Mikayıl oğlu Babayevi həbs ediblər. Faktla bağlı Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 244-cü (əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR