Bank Of Baku

Özünü vəzifəli şəxs kimi təqdim edərək insanları hədə-qorxu yolu ilə aldadan şəxs həbs edilib

Özünü vəzifəli şəxs kimi təqdim edərək insanları hədə-qorxu yolu ilə aldadan şəxs həbs edilib
# 17 sentyabr 2008 10:44 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda özünü vəzifəli şəxs qismində təqdim edərək insanları hədə-qorxu yolu ilə aldadıb pul tələb edən şəxs həbs edilib. Bu barədə APA-ya Nəsimi rayon Polis İdarəsindən məlumat verilib. Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşları Bakı şəhərində fırıldaqçılıqla məşğul olan 1965-ci il təvəllüdlü Aydın İmamverdi oğlu Yusifovu saxlayıblar. Adıçəkilən şəxs Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 182-ci (hədə qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilir. Məlumata görə, A. Yusifov ibtidai istintaqa verdiyi ifadəsində törətdiyi cinayət əməlini etiraf edib və peşmançılıq hissi keçirdiyini bildirib. Hazırda Polis İdarəsinin istintaq qrupu saxlanılan şəxsin başqa hansı cinayətlərdə iştirak edib-etmədiyini araşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR