Bank Of Baku

Quldurluq törətməkdə təqsirləndirilən mütəşəkkil dəstənin məhkəməsi başlayıb

Quldurluq törətməkdə təqsirləndirilən mütəşəkkil dəstənin məhkəməsi başlayıb
# 17 sentyabr 2008 13:09 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Fikrət Qəribovun sədrliyi ilə quldurluq törətməkdə təqsirləndirilən mütəşəkkil dəstənin cinayət işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, məhkəmə baxışı sentyabrın 19-a təyin olunub.
Xatırladaq ki, sözügedən quldur dəstənin üzvləri Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakinləri 1985-ci il təvəllüdlü Şəmsi Mustafa oğlu Həsənov, 1985-ci il təvəllüdlü Altay Abdulla oğlu Nəsimov, Ağstafa rayon sakini 1983-cü il təvəllüdlü Allahverdi Yunis oğlu Mustafayev, Kürdəmir rayon sakini 1991-ci il təvəllüdlü Elvin Şəmsəddin oğlu Əliyev, Əli Bayramlı şəhər sakini 1992-ci il təvəllüdlü Elməddin Balaəsəd oğlu Cahangirov və Niyaməddin Vəliyevdir. Onlar Cinayət Məcəlləsinin 181.2.1 (quldurluğun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi) və digər maddələrə əsasən ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR