Bank Of Baku

“GEN” MMC-nin beynəlxalq axtarışda olan məsul əməkdaşı həbs edilib

“GEN” MMC-nin beynəlxalq axtarışda olan məsul əməkdaşı həbs edilib
# 17 sentyabr 2008 14:09 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. “GEN” MMC-nin daha bir əməkdaşı həbs edilib. APA-ya hüquq-mühafizə orqanlarındakı mənbədən verilən məlumata görə, saxlanılan şəxs beynəlxalq axtarışda olan, “GEN” MMC-nin məsul əməkdaşı, Rusiya vətəndaşı olan Elbrus Hacıyevdir. E. Hacıyevin barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlandığı bildirilib.
Qeyd edək ki, dünən “GEN” MMC-nin iki əməkdaşı həbs edilib. Hazırda şirkətin 8 əməkdaşı həbsdədir.
Qeyd edək ki, “GEN” MMC şirkətinin rəhbəri Elbrus Əliyev və şirkətin saxlanılan əməkdaşları vətəndaşları aldadaraq pullarını mənimsəməkdə ittiham olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR