Bank Of Baku

Məhkəmə Etimad İsmayılovun vəkillərinin vəsatətini təmin etməyib

Məhkəmə Etimad İsmayılovun vəkillərinin vəsatətini təmin etməyib
# 17 sentyabr 2008 14:25 (UTC +04:00)
Çelyabinsk-APA. Çelyabinsk mərkəzi rayon məhkəməsində Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovun işi üzrə proses davam edib. APA-nın məlumatına görə, məhkəmə müttəhimlərin vəkillərinin bəzi dəlillərin cinayət işindən çıxarılması və işə xitam verilməsi barədə vəsatətlərini rədd edib. Növbəti məhkəmə prosesi sentyabrın 22-nə təyin olunub. İşə hakimlər kollegiyası baxacaq.

Qeyd edək ki, Etimad İsmayılov “Avroasiya” Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Çelyabinsk vilayətinin qubernatorunun birinci müavini Andrey Kosilovun himayəsində olan şirkətlərdən birinin “Avroasiya”ya 1 milyon ABŞ dolları məbləğində borcu var. Arbitraj Məhkəməsi də həmin şirkətin Etimad İsmayılovun rəhbəri olduğu şirkətə borcunun olduğunu təsdiqləyən sənəd verib.

Xatırladaq ki, E. İsmayılov 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb. Martın 27-də keçirilən məhkəmə iclasında E. İsmayılova qarşı Rusiya Cinayət Məcəlləsinin 159.4 (dələduzluq) və 274/1 4-cü hissəsi (çirkli pulları yuyulması) maddələri ilə ittiham irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR