Bank Of Baku

Soyğunçuluq etmək istəyən əsgər yaxalanıb

Soyğunçuluq etmək istəyən əsgər yaxalanıb
# 17 sentyabr 2008 14:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında yerləşən “N” saylı hərbi hissənin əsgəri xidməti yerindən qaçaraq marketdə soyğunçuluq törətmək istəyib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1988-ci il təvəllüdlü əsgər Zaur Sadiq oğlu Əzimov xidmət etdiyi hərbi hissəni özbaşına tərk edərək metronun “20 yanvar” stansiyası istiqamətinə gedib. O, metronun yaxınlığında yerləşən ticarət obyektlərindən birinə daxil olaraq orada satıcı işləyən Cavid Həmidovu bıçaqla hədələyib və ondan pul tələb edib. Lakin polislər operativ surətdə hadisə yerinə yetişərək soyğunçunu zərərsizləşdiriblər. Metropoliten Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanan Z. Əzimov Yasamal rayon Polis İdarəsinə təhvil verilib. Faktla bağlı Yasamal RPİ-nin istintaq şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR