Bank Of Baku

Azərbaycan paytaxtında sərnişin avtobusu mağazaya girib, yaralananlar var

Azərbaycan paytaxtında sərnişin avtobusu mağazaya girib, yaralananlar var
# 17 sentyabr 2008 15:03 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, Seymur Quliyevin idarə etdiyi avtobus mağazaya qapı hissəsindən daxil olub. Rəfael Əliliyə məxsus geyim mağazasının şüşələri sınıb, divarı çatlayıb, vitrini dağılıb, paltarlar yararsız hala düşüb.

Hadisənin şahidləri bildirib ki, qəza zamanı avtobusda 20-yə yaxın sərnişin olub, onlardan bir neçəsi yaralanıb. Ətrafda olan şəxslərin köməyi ilə avtobusun şüşələri sındırılıb, sərnişinlər avtobusdan çıxa biliblər. Yaralananlar arasında avtobusun sürücüsü də olub. Avtobus mağazadan çıxarılıb.
Mağazanın sahibi R. Əlili APA-ya bildirib ki, qəza nəticəsində mağazaya təxminən 2 min manat ziyan dəyib. O, dəymiş ziyanın ödənməsini tələb edir.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində təhqiqat başlanıb. İlkin məlumata görə, sürücü içkili olmayıb. Hadisə zamanı ağır bədən xəsarəti alanların olmadığı bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR