Bank Of Baku

Ramil Usubov AŞ PA-nın seçkiöncəsi missiyasının üzvlərini qəbul edib

Ramil Usubov AŞ PA-nın seçkiöncəsi missiyasının üzvlərini qəbul edib
# 17 sentyabr 2008 16:45 (UTC +04:00)
Bakı-APA. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Avropa Şurası Parlament Assambleyasının ( AŞ PA) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edən seçkiöncəsi missiyasının üzvlərini qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin rəhbərlik etdiyi nümayəndə heyətinə prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər, polisin üzərinə düşən vəzifələr barədə məlumat verib. Nazir qeyd edib ki, polis əməkdaşlarının maarifləndirilməsi işi diqqət mərkəzindədir. O, polis işçilərinin professional hazırlıq səviyyəsinin daha da artırılması məqsədilə 100-dən çox seminar, treninq və təlim kursları keçirildiyini deyib. Daxili işlər naziri diqqətə çatdırıb ki, prezident seçkiləri zamanı asayişin mühafizəsi, ictimai qaydaların və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə xüsusi tədbirlər planı hazırlanıb. R. Usubov seçki ərəfəsində vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi üzrə görülən işlərlə də bağlı qonaqlara məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR