Bank Of Baku

“GEN” MMC-nin daha bir məsul əməkdaşının tutulması üçün əməliyyat-axtarış tədbirləri keçirilir

“GEN” MMC-nin daha bir məsul əməkdaşının tutulması üçün əməliyyat-axtarış tədbirləri keçirilir
# 17 sentyabr 2008 16:54 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. “GEN” MMC-nin daha bir məsul əməkdaşının tutulması üçün əməliyyat-axtarış tədbirləri keçirilir. Bu barədə APA-ya şirkətdən zərərçəkmişlərin vəkili Vidadi İskəndərov məlumat verib. V. İskəndərovun sözlərinə görə, həmin şəxs “GEN” MMC-nin məsul əməkdaşlarından sayılan, Rusiya vətəndaşı Ağa Seyidovdur. A. Seyidovun indiyə kimi məsuliyyətə cəlb edilməməsinə Rusiya vətəndaşı olması səbəb olub. V. İsgəndərov yaxın günlərdə şirkətlə bağlı daha bir neçə nəfərin həbs olunacağı ehtimalının olduğunu deyib.
Qeyd edək ki, indiyədək şirkətin 8 əməkdaşı həbs edilib. “GEN” MMC şirkətinin rəhbəri Elbrus Əliyev və şirkətin saxlanılan əməkdaşları vətəndaşları aldadaraq pullarını mənimsəməkdə ittiham olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR