Bank Of Baku

Gəncədə ağır yol qəzası baş verib

Gəncədə ağır yol qəzası baş verib
# 18 sentyabr 2008 08:13 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Bu gün saat 8.30 radələrində Gəncə şəhəri Təbriz küçəsində ağır yol qəzası baş verib. Gəncə şəhər Polis İdarəsinin müstəntiqi Şahin Sadıqovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, Daşkəsən rayonundan Gəncəyə gələn VAZ-21-011 markalı avtomobil sərnişin daşıyan “Qazel” markalı mikroavtobusla toqquşub. Nəticədə VAZ-21-011 markalı avtomobilin sürücüsü, 1979-cu il təvəllüdlü Əliyev Yolçu Bayram oğlu hadisə yerində ölüb. Həmin avtomobilin sərnişinləri olan 4 Daşkəsən rayon sakini isə ağır yaralanaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Yaralılardan biri Bayramov Hümbət Rəşid oğlunun vəziyyətinin ağır olduğu bildirilib. İlkin ehtimaLlara görə, hadisəyə VAZ-21-011 markalı avtomobilin sürətlə hərəkət edərək mikroavtobusun qarşısına çıxması səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR