Bank Of Baku

Ağdamda avtomobil qadını vurub

Ağdamda avtomobil qadını vurub
# 18 sentyabr 2008 08:13 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu - APA. Ağdamın Quzanlı qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Sürətlə hərəkət edən “VAZ-21010” markalı avtomobili piyadanı vurub. Piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

MRX-dan APA-nın Qarabağ bürosuna verilən məlumata görə, piyada Ağdam rayonunun İmamqulubəyli kəndində məskunlaşmış 1961-ci il təvəllüdlü Həsənova Natəvan Məhəmməd qızıdır. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Ağdam RPŞ-dən APA-ya bildirilib ki, qəzanı Yevlax rayon sakini Şahin Aydın oğlu Kərimov törədib. O, idarə etdiyi 66 BG 168 dövlət nömrə nişanlı, “VAZ-21010” markalı avtomaşınla piyadanı vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR