Bank Of Baku

Lənkəranda zıyarətgahdan müqəddəs daş oğurlanıb

Lənkəranda zıyarətgahdan müqəddəs daş oğurlanıb
# 18 sentyabr 2008 08:37 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev -APA. Dünən gecə Lənkəran rayonunun Cil kəndində oğurluq hadisəsi baş verib. Yerli sakinlərin APA-nın Cənub bürosuna verdikləri məlumata görə, kənddəki “Seyyid Xəlifə” ziyarətgahından Həzrəti Əlinin ayaq izinin təsviri olan müqəddəs daş oğurlanıb. Faktı Cil kənd məscidinin axundu Hacı Ələşrəf Əliyev də təsdiqləyib. Onun sözlərinə görə, analoji hadisə 1999-cu ildə də baş verib. O vaxt ocaqda dəfn olunan müqəddəs övliyalardan birinin baş daşı naməlum şəxslər tərəfindən oğurlanıb. Hüquq –mühafizə orqanlarının cəhdlərinə baxmayaraq oğruların şəxsiyyətini müəyyənləşdirmək indiyədək mümkün olmayıb. Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR