Bank Of Baku

Keçmiş məhbus qohumunun avtomobilini qaçırıb

Keçmiş məhbus qohumunun avtomobilini qaçırıb
# 18 sentyabr 2008 09:24 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakı şəhərində keçmiş məhbus qohumunun evindən oğurluq edib və onun avtomobilini qaçırıb. Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu qəsəbə sakini, 1962-ci il təvəllüdlü İlqar Məhərrəmovun evinə qonaq gələn yaxın qohumu, əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ruslan Qasımov ev sahibinə məxsus mobil telefonu oğurlayıb. O, İ. Məhərrəmova məxsus “VAZ-2106” markalı, 10 RH 541 dövlət nömrə nişanlı avtomobili də qaçırıb. Xətai polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R. Qasımov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR