Bank Of Baku

Azərbaycan paytaxtında 6 ay axtarışda olan 22 yaşlı qız həbs olunub

Azərbaycan paytaxtında 6 ay axtarışda olan 22 yaşlı qız həbs olunub
# 18 sentyabr 2008 10:13 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında 6 ay axtarışda olan şəxs həbs olunub. Bu barədə APA-ya Xətai Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib. 22 yaşlı qız Aidə İsmayılova oğurluqda təqsirli bilinir. RPİ-nin 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə barəsində axtarış elan olunmuş A. İsmayılova bu gün yaxalanıb. O, ilkin dindirilmə zamanı törətdiyi oğurluq əməlini etiraf edib.

Qeyd edək ki, A. İsmayılova 6 ay əvvəl rəfiqəsinin evindən oğurluq etməkdə təqsirli bilinir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR