Bank Of Baku

DİN mətbuat xidmətinin rəhbəri: ““102” xidmətinə müraciət edənlər həm də cinayətkarlığa qarşı mübarizə işinə kömək etmiş olacaqlar”

DİN mətbuat xidmətinin rəhbəri: ““102” xidmətinə müraciət edənlər həm də cinayətkarlığa qarşı mübarizə işinə kömək etmiş olacaqlar”
# 18 sentyabr 2008 10:35 (UTC +04:00)
Bakı-APA. Bakı və Sumqayıt şəhərlərində, bütövlükdə Abşeron yarımadasında vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi, polisin sosial funksiyalarının səmərəsini daha da artırılması məqsədilə bu ilin əvvəlindən etibarən Daxili İşlər Nazirliyində “102” xidməti- zəng mərkəzi sistemi fəaliyyətə başlayıb. Bu barədə APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov bildirib. S. Gözəlov deyib ki, bu xidmət əhali ilə birbaşa əlaqələrin genişləndirilməsinin prinsipcə yeni forması olaraq zərərçəkmişlərə və şahidlərə törədilmiş və ya hazırlanan cinayətlər, baş verən hadisələr barədə nazirliyi dərhal məlumatlandırmaq, polisin istintaq-əməliyyat qruplarının, post-patrul xidməti naryadlarının, sahə inspektorlarının və digər struktur qurumları əməkdaşlarının hadisə yerinə gəlməsini əhəmiyyətli dərəcədə tezləşdirmək imkanı yaradır: “Cinayət və hüquqpozmalar barədə “102” xidmətinə verilən məlumat mərkəz tərəfindən həmin anda nəzarətə götürülərək operativ araşdırılması üçün aidiyyəti polis orqanına ötürülür. Eyni zamanda, polisin bütün patrul avtomobillərinin hərəkət marşrutunu təyin etməyə və izləməyə imkan verən bu sistem, hadisə yerinə yaxın ərazidə xidmət aparan əməkdaşların lazım olan ünvana dərhal göndərilməsini təmin edir. Tapşırığı almış polis əməkdaşlarının hərəkətləri və hadisə yerinə çıxmaları sistem vasitəsilə canlı müşahidə edilir, görülən tədbirlər və nəticələr barədə Daxili İşlər Nazirliyi mütəmadi olaraq məlumatlandırılır”.
Onun sözlərinə görə, asayiş keşikçilərinin qanunla müəyyən edilmiş vəzifələrini daha effektli yerinə yetirilməsində, verilən tapşırıqların icrasına cavabdehliyinin artmasında böyük rolu olan “102” zəng mərkəzi sisteminin fəaliyyəti bu quruma müraciət etmiş vətəndaşlar tərəfindən müsbət qarşılanır və təqdir olunur: ““102” nömrəsinə həm şəhər, həm də mobil telefonlardan zəng etməklə hazırlanan və ya törədilmiş cinayətlər barədə verilən məlumat üzrə qanunla müəyyən edilmiş bütün zəruri tədbirlərin görüləcəyinə, hər bir şəxsin qanuni mənafeyinin, mülkiyyətinin hüquqazidd əməllərdən qorunacağına, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin etibarlı təmin ediləcəyinə, həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə düşmüş insanlara lazımi köməklik göstəriləcəyinə əmin olmaq olar”.
S. Gözəlov onu da qeyd edib ki, “102” xidmətinə müraciət etməklə, insanlar həm də cinayətkarlığa qarşı mübarizə, stabilliyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təmin olunması işinə, bütövlükdə ölkədə gedən inkişaf proseslərinə vətəndaş töhfəsi vermiş olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR