Bank Of Baku

Avropa Şurasının Lətif Hüseynovun rəhbərlik etdiyi missiyası Rusiya həbsxanalarında monitorinq keçirəcək

Avropa Şurasının Lətif Hüseynovun rəhbərlik etdiyi missiyası Rusiya həbsxanalarında monitorinq keçirəcək
# 18 sentyabr 2008 11:34 (UTC +04:00)
Milli Məclisdən APA-ya daxil olan məlumata görə, AŞ-nin İşgəncələrin Qarşısının Alınması üzrə Komitəsinin nümayəndə heyətinə qurumun Azərbaycandan olan üzvü Lətif Hüseynov rəhbərlik edəcək.

L. Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti iki həftə ərzində Rusiyanın müxtəlif regionlarında müvəqqəti saxlama yerlərində, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində yoxlamalar apararaq məhbusların saxlanma şəraiti ilə yaxından tanış olacaqlar. Səfərin yekununa əsasən hesabat hazırlanaraq, Komitəyə təqdim ediləcək.

Qeyd edək ki, hazırda Rusiya əhalinin hər 100 000 nəfərinə düşən məhbus sayına görə dünyada ön yerlərdən birini tutur. Bu ölkədə hər 100 000 min əhaliyə 600-dən artıq məhbus düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR