Bank Of Baku

Hüquq müdafiəçiləri Fərhad Əliyev və Qənimət Zahidlə görüşüblər

Hüquq müdafiəçiləri Fərhad Əliyev və Qənimət Zahidlə görüşüblər
# 18 sentyabr 2008 12:54 (UTC +04:00)
Bakı-APA. Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri – Səidə Qocamanlı, Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Çingiz Qənizadə 2, 6, 17 saylı cəzaçəkmə müəssisələrində monitorinq keçiriblər. Səidə Qocamanlı APA-ya açıqlamasında bildirib ki, monitorinq zamanı müəssisələrdə saxlanma şəraiti ilə yaxından tanış olublar. Hüquq müdafiəçisi 2 saylı Cəzaçəkmə Müəssisəsində sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə, “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovla, 6 saylı müəssisədə “Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyevlə, 17 saylı müəssisədə isə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə görüşdüklərini deyib.
S. Qocamanlının sözlərinə görə, onların saxlanma şəraitindən heç bir narazılıqları olmayıb. Q. Zahid və M. Hüseynovun səhhətlərində problemlərin olduğunu bildirən hüquq müdafiəçisi deyib ki, müəssisə rəislərinə onların Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi xahişi ilə müraciət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR