Bank Of Baku

Prezident seçkilərində iştirak edəcək məhbusların siyahısı dəqiqləşdirilir

Prezident seçkilərində iştirak edəcək məhbusların siyahısı dəqiqləşdirilir
# 18 sentyabr 2008 13:01 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanda keçiriləcək prezident seçkilərində səs verəcək məhbusların siyahısı dəqiqləşdirilir. Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov məlumat verib. Onun sözlərinə görə, 18 yaşdan aşağı olan şəxsləri çıxmaq şərti ilə seçkilərdə bütün məhbuslar iştirak edəcək. Seçkidə iştirak edəcək məhbusların dəqiq tərkibinin seçkiyə beş gün qalmış açıqlanacağını vurğulayan M. Sadıqov bunun həmin dövrə qədər olan müddətdə məhbusların say tərkibinin dəyişə bilməsi ilə bağlı olduğunu bildirib. Şöbə rəisi həmçinin cəzaçəkmə müəssisələrində təşkil olunacaq seçki prosesinin bütün müşahidəçilər tərəfindən sərbəst izlənməsi üçün şərait yaradılacağını söyləyib: “Prezident seçkisinə qatılan hər bir namizəd məhbuslarla görüş keçirərək öz platformalarını açıqlaya bilər.”
M. Sadıqov qeyd edib ki, məhbuslar seçki günü bütün prosesləri televiziya və radio vasitəsilə izləyəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR