Bank Of Baku

Dələduzluqda təqsirləndirilən Yevlax sakinlərinin məhkəmə istintaqı yekunlaşıb

Dələduzluqda təqsirləndirilən Yevlax sakinlərinin məhkəmə istintaqı yekunlaşıb
# 18 sentyabr 2008 13:07 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Şakir Ələsgərovun sədrliyi ilə dələduzluqda təqsirləndirilən Yevlax rayon sakinləri Vüqar Əliyev, Taleh Vəliyev və Roman Markelovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə şahid ifadələri dinlənilib və məhkəmə istintaqının yekunlaşmasına qərar verilib.
Qeyd edək ki, sözügedən dəstənin üzvləri Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunurlar. Onlar Yevlax rayonunda yerləşən “Elit” kondisionerlərinin satış mağazasına 150 min manat məbləğində ziyan vurmaqda təqsirləndirilirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR