Bank Of Baku

Binə Ticarət Mərkəzindən oğurluq edən şəxs tutulub

Binə Ticarət Mərkəzindən oğurluq edən şəxs tutulub
# 18 sentyabr 2008 13:25 (UTC +04:00)
Bakı-APA. Səbayel rayon Polis İdarəsinin və Əzizbəyov rayon Polis İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 16-da Binə Ticarət Mərkəzində Bakı şəhər sakini Rəhman Əliyevə məxsus mağazadan 20000 dollar dəyərində gödəkçələr götürüb qaçan Bakı sakini Habil Məmmədov tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, əvvəllər məhkum olunmuş H. Məmmədov Yasamal rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 185-ci maddəsi ilə axtarışda olub. H. Məmmədovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun Nadir Abbasovdan dələduzluq yolu ilə "VAZ-2107" markalı avtomaşını alması və dövlət qeydiyyat nömrə nişanlarını dəyişməsi müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR