Bank Of Baku

Azərbaycanda 8 ayda 13 min 880 cinayət hadisəsi qeydə alınıb

Azərbaycanda 8 ayda 13 min 880 cinayət hadisəsi qeydə alınıb
# 18 sentyabr 2008 13:52 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bu ilin 8 ayında Azərbaycanda 13880 cinayət hadisəsi qeydə alınıb. Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, onlardan 11 faizi xüsusilə ağır və ağır xarakterli cinayət hadisələri olub.
8 ayda aşkar edilən 11430 nəfər hüquqpozucunun 8850 nəfəri cinayət məsuliyyətinə cəlb olunub. Aşkar edilənlərin 82 faizi əmək qabiliyyətli yaşda olub, lakin heç bir yerdə oxumayan və işləməyənlər, 9 faizi əvvəllər cinayət törətmiş şəxslər, 14 faizi qadınlar və 3 faizi 14-17 yaşlı uşaqlardır. Törədilən cinayətlər nəticəsində 7090 nəfər şəxs zərər çəkib. Onların 56 faizi kişi, 44 faizi isə qadınlardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR