Bank Of Baku

AŞ PA müşahidə missiyasının üzvləri Azərbaycanın ədliyyə naziri ilə görüşüblər

AŞ PA müşahidə missiyasının üzvləri Azərbaycanın ədliyyə naziri ilə görüşüblər
# 18 sentyabr 2008 14:23 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının rəhbəri Andres Herkelin rəhbərlik etdiyi nümayəndə heyəti ədliyyə naziri Fikrət Məmmədovla görüşüb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə qarşıdan gələn prezident seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb. F. Məmmədov dövlətin prezident seçkilərini tam şəffaf və demokratik keçirmək iradəsində olduğunu bəyan edib. Avropa Şurası ilə əməkdaşlığın daim yüksək səviyyədə olduğunu bildirən A. Herkel müşahidə missiyası üçün lazımi şərait yaradıldığına görə təşəkkürünü bildirib. O, seçki zamanı yerli və beynəlxalq müşahidənin aparılmasının əhəmiyyətini qeyd edib. Nümayəndə heyəti İlham Əliyevin ötən ay imzaladığı əfv fərmanını yüksək qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR