Bank Of Baku

“GEN” MMC-nin həbsdə olan rəhbəri əmlakının zərərçəkənlərə paylanmasına razılıq verib

“GEN” MMC-nin həbsdə olan rəhbəri əmlakının zərərçəkənlərə paylanmasına razılıq verib
# 18 sentyabr 2008 15:02 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. “GEN” MMC şirkətinin həbsdə olan rəhbəri Elbrus Əliyev mülkiyyətində olan əmlakın zərərçəkənlərə paylanmasına razılıq verib. Bu barədə APA-ya şirkətdən zərərçəkənlərin vəkili Vidadi İskəndərov məlumat verib. Bu gün E. Əliyevlə görüşdüyünü vurğulayan V. İskəndərov onunla mülküyyət məsələsini müzakirə etdiyini bildirib. Müzakirə əsnasında E. Əliyev mülkiyyətində olan əmlakın zərərçəkənlərə paylanılmasına razılıq verib. Vəkil E. Əliyevin mülkiyyətində olan əmlakın zərərçəkənlərə verilməsi prosesinin iş üzrə məhkəmə başlanana qədər həll olunacağına ümid etdiyini söyləyib.
Qeyd edək ki, bu günə qədər “GEN” MMC şirkətinin 8 əməkdaşı saxlanılıb. Şirkətin iki əməkdaşı barəsində isə beynəlxalq axtarış elan olunub. “GEN” MMC-nin rəhbəri Elbrus Əliyev və şirkətin saxlanılan digər əməkdaşları vətəndaşları aldadaraq pullarını mənimsəməkdə ittiham olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR