Bank Of Baku

Bakıda naməlum sürücü qadını vuraraq hadisə yerindən qaçıb

Bakıda naməlum sürücü qadını vuraraq hadisə yerindən qaçıb
# 19 sentyabr 2008 09:19 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda naməlum sürücü 32 yaşlı qadını maşınla vuraraq hadisə yerindən qaçıb. Səbayel rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Salyan şosesində baş verib. Həmin ərazidə yaşayan 1976-cı il təvəllüdlü Aynurə Xeyrulla qızı Məmmədova naməlum avtomobil tərəfindən vurulub. Zərçəkən aldığı ağır zərbədən hadisə yerində keçinib. Səbayel rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən, “Opel” markalı, 10-VZ-332 dövlət nömrə nişanlı maşının sürücüsü 1951-ci il təvəllüdlü, Bahadur Eyyubovun olduğu müəyyən edilib. Faktla bağlı Səbayel rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR