Bank Of Baku

Bakıda və Sumqayıtda baş verən yol qəzalarında 2 nəfər ölüb

Bakıda və Sumqayıtda baş verən yol qəzalarında 2 nəfər ölüb
# 19 sentyabr 2008 13:12 (UTC +04:00)
Bakı-APA. Sentyabrın 18-də saat 10.10 radələrində Səbayel rayonu ərazisində, Bayıl qəsəbə sakini, Bahadur Eyyubov "Opel" markalı avtomaşını idarə edərkən, Bakı şəhər sakini Aynurə Məmmədovanı vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Məmmədova hadisə yerində ölüb. Həmin gün saat 11.00 radələrində, Sumqayıt şəhəri ərazisində, şəhər sakini, Fuad Hüseynov "Ford" markalı avtomaşını idarə edərkən həmyerlisi Azər Məhərrəmovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən A. Məhərrəmov orada ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR