Bank Of Baku

Dələduzluqla məşğul olan Dəvəçi və Bakı sakinləri tutulub

Dələduzluqla məşğul olan Dəvəçi və Bakı sakinləri tutulub
# 19 sentyabr 2008 13:22 (UTC +04:00)
Bakı-APA. Dəvəçi rayon sakini, əvvəllər məhkum olunmuş Cəlal Quliyev və Bakı şəhər sakini Ramiz Şadmanov dələduzluqla məşğul olduqlarına görə tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin şəxslər bu ilin aprel ayından sentyabr ayınadək olan müddət ərzində Xaçmaz rayon sakini Ağasoltan Bayramovun, Siyəzən rayon sakini Eşqəli Səmədovun, Quba şəhər sakini Fikrət Rəhimovun və Astara rayon sakini İsrafil Həmzəyevin etimadlarını qazanaraq işə düzəldəcəkləri adı ilə müvafiq olaraq onlardan 11500, 11500, 11700 və 10000 dollar alıblar. Faktla bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR