Bank Of Baku

Elçin Behbudov 2 və 16 saylı cəzaçəkmə müəssisələrində olub

Elçin Behbudov 2 və 16 saylı cəzaçəkmə müəssisələrində olub
# 19 sentyabr 2008 14:13 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün 2 və 16 saylı cəzaçəkmə müəssisələrində olub. Komitə sədri APA-ya bildirib ki, 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan politoloq Rövşən Novruzoğlu və “Bizim Yol” qəzetinin baş redaktoru Müşfiq Hüseynovla görüşüb. Məhbusların saxlanma şəraitindən narazılıqlarının olmadığını deyən E. Behbudov M. Hüseynovun yaxın günlərdə Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürüləcəyini bildirib.
Komitə sədri 16 saylı Cəzaçəkmə Müəssisəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə 4 ay müddətinə azadlıqdan məhrum edilən Çin vətəndaşı Xu Yunqla da görüşdüyünü bildirib. Hüquq müdafiəçisi hər iki müəssisədə qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı maraqlandığını da deyib. Onun sözlərinə görə, 2 saylı müəssisədə 1050, 16 saylı müəssisədə isə 507 nəfər məhbus səs verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR