Bank Of Baku

“Azərbaycanda yeni inzibati hüquqa giriş” mövzusunda dəyirmi masa keçiribli

“Azərbaycanda yeni inzibati hüquqa giriş” mövzusunda dəyirmi masa keçiribli
# 20 sentyabr 2008 08:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Almaniyanın Texniki Əməkdaşlıq Təşkilatı (GTZ) Azərbaycan Hüquqşünaslar Konfederasiyası (AHK) və Vəkillər Kollegiyası ilə birgə “Azərbaycanda yeni inzibati hüquqa giriş” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, AHK sədri, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komissiyasının sədri Əli Hüseynov tədbir iştirakçılarına ”İnzibati icraat haqqında” qanunla bağlı məlumat verib. Onun sözlərinə görə, bu qanun GTZ-nin ekspertləri ilə birgə hazırlanıb və 2005-ci ildə Azərbaycan parlamentində qəbul edilib.
GTZ-nin “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsinin rəhbəri Tomas Herman təmsil etdiyi təşkilat və Azərbaycanda həyata keçirdikləri layihələrlə bağlı məlumat verib. Onun sözlərinə görə, GTZ “İnzibati icraat haqqında” qanunla bağlı vəkillər və hakimlərə treninqlər keçmək niyyətindədir.
“İnzibati icraat haqqında” qanun qəbul olunduqdan sonra bundan xəbər tutduğunu deyən Vəkillər Kollegiyasının sədri Azər Tağıyev isə bildirib ki, bu qanun Azərbaycanın qanunvericiliyinin ruhuna və fəlsəfəsinə uyğun deyil: “Ya bu qanun Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılmalıdır, ya da Azərbaycanın bir sıra qanunlarında köklü dəyişikliklər edilməlidir”.
Dəyirmi masada iştirak edən Vəkillər Kollegiyasının digər üzvləri də mövzu ətrafında çıxışlar ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR