Bank Of Baku

Bakıda özlərini vergi müfəttişi kimi təqdim edən dəstə üzvləri tutulub

Bakıda özlərini vergi müfəttişi kimi təqdim edən dəstə üzvləri tutulub
# 20 sentyabr 2008 08:42 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları Bakıda özlərini vergi müfəttişi kimi təqdim edərək ticarət obyektlərindən qanunsuz pul tələb edən dəstə üzvlərini saxlayıb. Polis İdarəsindən APA-ya verilən məlumata görə, dəstənin bir üzvü Nərimanov rayon Məhkəməsinin keçmiş əməkdaşı 1978-ci il təvəllüdlü Anar Qüdrət oğlu Yəhyayev, digəri isə Azərbaycan Texniki Universitetinin tələbəsi, 1988-ci il təvəllüdlü Ramin Əliyar oğlu Manafovdur. Saxlanılan şəxslər Bakı şəhərində özlərini vergi müfəttişləri kimi təqdim edərək qanunsuz olaraq ticarət obyeklərindən pul almaqla məşğul olublar. Onlar ilkin istintaqa verdikləri ifadələrində bu işlə 5-6 aydır məşğul olduqlarını və etdikləri hərəkətdən peşmançılıq hissi keçirdiklərini bildiriblər. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 178-ci (dələduzluq) maddələri ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR