Bank Of Baku

Gəncədə qonşu qonşunu bıçaqlayıb

Gəncədə qonşu qonşunu bıçaqlayıb
# 20 sentyabr 2008 10:07 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədəliqızı-APA. Bu gün saat 3. 00 radələrində Gəncə şəhərində 1978-ci il təvəllüdlü Famil Valeh oğlu Həsənov qonşusu, 4-cü mikrorayon bina 5-də yaşayan 41 yaşlı Kamal Eyyub oğlu Zeynalovu bıçaqlayıb. Gəncə şəhər Polis İdarəsinin müstəntiqi Fizuli Yusibovun APA –nın qərb bürosuna verdiyi məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. F. Həsənov K. Zeynalova 2 bıçaq zərbəsi vurub. Zərərçəkmiş Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilib. Faktla bağlı Gəncə şəhər Polis İdarəsində cinayəti işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR