Bank Of Baku

Masallıda baş verən dəhşətli yol qəzasında ölənlərin sayı 6-ya çatıb

Masallıda baş verən dəhşətli yol qəzasında ölənlərin sayı 6-ya çatıb
# 20 sentyabr 2008 15:53 (UTC +04:00)
APA-nın cənub bürosunun məlumatına görə, Bakıdan Boradigah istiqamətində hərəkət edən Bakı sakini Faiq Qeys oqlu Cəlilovun idarə etdiyi “Ford” markalı, 10 MJ 814 dövlət nömrə nişanlı mikroavtobus Masallı rayonu Kolatan kənd sakini Xudaverdi Əbülfət oğlu Əliyevin idarə etdiyi “KamAZ” markalı, 44 BL 645 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan 5 nəfər hadisə yerindəcə ölüb, 4 nəfər isə yaralanıb. Yaralılar Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriblər. Yaralılardan biri xəstəxanada dünyasını dəyişib.

İlkin məlumata görə, qəzaya “Ford”un sürücüsünün qarşısına çıxan inəyi vurmamaq üçün mikroavtobusu əks istiqamətdə hərəkət edən “KamAZ”ın yoluna çıxarması səbəb olub. Hadisə nəticəsində ölən və yarananların kimliyi dəqiqləşdirilir. Məlumata görə, mikroavtobusdakılar Bakıdan Boradigaha hüzr yerinə gəlirmişlər.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR