Bank Of Baku

Bakı Şəhər Prokurorluğu baş redaktorun ölümü ilə bağlı açıqlama yayıb

Bakı Şəhər Prokurorluğu baş redaktorun ölümü ilə bağlı açıqlama yayıb
# 20 sentyabr 2008 19:02 (UTC +04:00)
Məlumat əsasında Nəsimi rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları hadisə yerinə gedib, məhkəmə tibb ekspertizasının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Baxış zamanı M. Rəfiyevin meyiti “Mercedes-Benz E-230” markalı, 90 BE 952 dövlət nömrə nişanlı avtomobilin sürücü oturacağında, kəndirdən hazırlanmış ilgək vasitəsilə əl tutacağından asılı vəziyyətdə aşkarlanıb.

Meyitin sol dirsək çuxurunda və hər iki saidin 1/3-nin ön səthində, sol əlin arxasında kəsik və cızıqlar, boynunun dərisində arxadan önə və bir qədər aşağıdan yuxarı doğru istiqamətdə yerləşmiş stranqulyasiya şırımı aşkar olunub. Maşından M. Rəfiyevə məxsus sənəd və əşyalarla yanaşı, üzərində “Mən xahiş edirəm ki, mənim ölümümdə heç kimi təqsirkar saymayın. Təqsirkar özüməm. Malik. 17.09.2008” yazısı olan kağız parçası və üzərində qana bənzər ləkələr olan ülgüc (lezva) aşkar edilərək götürülüb.

Meyit daxili müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinə göndərilib. Nəsimi rayon Prokurorluğunda 18.09.2008-ci il tarixdə M. Rəfiyevin intihar etməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə dərhal cinayət işi başlanılıb və təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinin arayışına əsasən, M. Rəfiyevin meyitinin daxili müayinəsi zamanı asfiktik ölümün əlamətləri müəyyən edilib. Bundan əlavə, meyitin üzərindəki xəsarətlər M. Rəfiyevin özü tərəfindən yetirilmə xarakterlidir ki, bu da onun intihar etməsinə dəlalət edir. Meyitin üzərində qarşılıqlı mübarizə və özünü müdafiə üçün xarakterik olan əlamətlər aşkar edilməyib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən, hadisə yerindən aşkarlanmış kağızdakı “Mən xahiş edirəm ki, mənim ölümümdə heç kimi təqsirkar saymayın. Təqsirkar özüməm. Malik. 17.09.2008” əlyazması da M. Rəfiyev tərəfindən icra olunub.
Mətbuat Şurasının məktubuna əsasən isə M. Rəfiyevin baş redaktoru olduğu “Yeni kapital” qəzetinin nəşri və satışı ilə bağlı araşdırma aparılıb. Nəşriyyat və qəzet yayımı firmalarından bildirilib ki, bu adda qəzet onlar tərəfindən çap olunmayıb və yayılmayıb.

Cinayət işinin istintaqı zamanı M. Rəfiyevin ölümünün onun peşə fəaliyyəti ilə bağlı olmadığı müəyyən edilib. Belə ki, M. Rəfiyev “Messenat Holding Şirkətlər Qrupu” MMC-nin mətbuat katibi işləməklə, həmin şirkətə məxsus mənzillərin alğı-satqısı ilə məşğul olub və bu fəaliyyəti ilə əlaqədar bir neçə şəxsə külli miqdarda borcu yaranıb. M. Rəfiyrv borclu olduğu şəxslərə həmin pulları qaytara bilməyib.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir. İstintaqın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR